Analoqundan min dəfə kiçik kvant çipi təqdim olunub Noyabr 01, 2019 | 10:53 / Texnoloji yeniliklər

Sinqapur Texnologiya Universitetinin tədqiqatçıları analoqlarından min dəfə daha kiçik ölçüyə malik olan kvant çipi hazırlayıblar. Fərdi məlumatların müdafiəsi üçün istifadə edilən yeni qurğu daha etibarlı təhlükəsizlik texnologiyasını təmin edəcək.

Sinqapur tədqiqatçılarının təqdim etdiyi yeni kiçik çip mövcud standartlarla müqayisədə artan təhlükəsizliyi təmin etmək üçün kvant rabitə alqoritmlərindən istifadə edir. Bu təhlükəsiz kvant açarını formalaşdıraraq çatdırılan informasiyaya parolların inteqrasiyasının hesabına əldə edilir. İnformasiya əldə olunduqdan sonra o açarla birlikdə məhv edilir.

hightech.fm saytının məlumatına görə, bu çip mövcud kvant rabitə sistemlərindən min dəfə daha az yer tələb edir. Məhz buna görə tədqiqatçılar bu texnikanı smartfonlar, planşetlər və “ağıllı” saatlar kimi kompakt cihazlarda istifadə edə bilərlər.

“Məlumatların çox hissəsinin rəqəmsal saxlanılması və ötürülməsi müasir dünyada kibertəhlükəsizliyi olduqca əhəmiyyətli edir. Demək olar ki, bütün rəqəmsal platformalar və depozitlər istifadəçilərdən parol və biometrik məlumatların daxil edilməsini tələb edir”, – deyə bildirən alimlər qeyd ediblər ki, parol və informasiyanın sistemə birləşdirilməsi kvant texnologiyasının bu problemi aradan qaldırmasına şərait yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı