“Volodrone” adlı yükdaşıyan dron hazırlanıb Oktyabr 31, 2019 | 11:07 / Maraqlı məlumatlar

Alman şirkəti “Volocopter” elektrikli hava taksilərinin yaradıcılarına əsaslanaraq “Volodrone” adlı yükdaşıyan dron hazırlayıb.

nplus1.ru saytının məlumatına əsasən, yeni pilotsuz təyyarədən malların daşınmasında, tikintidə, eləcə də kənd təsərrüfatında istifadə edilə bilər. Yükdaşıyan dron 40 kilometrə qədər məsafəni qət edir. “Volodrone”  həm operatorun nəzarəti altında, həm də əvvəlcədən təyin olunmuş marşrutlarda avtomatik rejimdə uçma özəlliyinə malikdir.

Cihazın hündürlüyü 2.3 metr, çərçivəsinin diametri isə 9.2 metrdir. Pilotsuz təyyarə maye yüklər, eləcə də müştərilər tərəfindən quraşdırılmış xüsusi avadanlıqları daşıya bilir. 200 kiloqrama qədər yük daşımağa qadir olan yeni cihaz uçuş sınaqlarından keçirilib.

Xatırladaq ki, 2010-cu ilin əvvəllərindən inkişaf etdirilən “Volocopter 2X” hava taksisinin tutumu  160 kiloqram, boş çəkisi 290 kiloqramdır. Cihaz saatda 70 kilometr sürətlə 27 kilometr məsafəyə qədər uça bilir. Pilotsuz hava təyyarəsi daha əvvəl Sinqapurda sınaqdan keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı