Azərbaycan Rabitə Administrasiyasının nümayəndələri BTİ-nin Tədqiqat qruplarında rəhbər vəzifələrə seçiliblər Oktyabr 30, 2019 | 05:38 / Mühüm hadisələr

Misirin Şarm-əl-Şeyx şəhərində Ümumdünya Telekomunikasiya Konfransının açılışı olub. Tədbiri Misir Prezidenti Əbdül Fəttah Əl-Sisi açıq elan edib.

Sonra BMT-nin baş katibi Antonio Quterresin konfrans iştirakçılarına ünvanladığı video müraciəti yayımlanıb.

Konfrans çərçivəsində telekomunikasiya sahəsi üzrə yeni texnologiyalar, o cümlədən 2020-ci ildən geniş tətbiqi nəzərdə tutulan 5G texnologiyasına radiotezliklərin ayrılması, müxtəlif sahələrdə tətbiq olunacaq innovativ radiotexnologiyalar üçün radiotezliklərin müəyyənləşdirilməsi və onların tətbiqi zamanı qarşılıqlı maneə təsirlərinin yaranmaması üçün ölkələr arasında koordinasiya şərtlərinin müəyyən edilməsi və digər aidiyyəti məslələrə dair müzakirələr aparılır.

Tədbirdə ölkəmiz nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan qurumun fəaliyyətində yaxından iştirak edir. Belə ki, ilk dəfə olaraq Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsinin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqının Tədqiqat qruplarında rəhbər vəzifələrə təsdiq edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Telekommunikasiya və poçt şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev Radiotezliklərdən İstifadənin İdarə Edilməsi üzrə 1-ci Tədqiqat Qrupuna, “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov Peyk Xidmətləri üzrə 4-cü Tədqiqat Qrupuna, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi Rahid Ələkbərli isə Yerüstü Xidmətlər üzrə 5-ci Tədqiqat Qrupuna sədr müavini vəzifələrinə  seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı