"İnnovasiya həftəsi” çərçivəsində “Kaspersky Security Day” keçirilib Oktyabr 25, 2019 | 05:15 / Konfranslar, iclaslar

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Kaspersky Security Day” təşkil olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Kaspersky şirkəti ilə birgə keçirilən tədbirdə Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov açılış nitqi ilə çıxış edib. O bildirib ki, internetdən təhlükəsiz istifadə ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən mütəmadi olaraq maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilməkdədir. Belə ki, il ərzində müxtəlif təhsil müəssisələrində uşaqların, müəllim və valideynlərin sahə üzrə maarifləndirilməsi məqsədilə təlimlər və tədbirlər təşkil olunur.

Daha sonra "Kaspersky" şirkətinin mütəxəssisləri tərəfindən Azərbaycanda istifadəçilərin qarşılaşdığı kibertəhlükələr barədə geniş məlumat verilib, son statistik göstəricilər diqqətə çatdırılıb.

Bildirilib ki, "Kaspersky" şirkətinin Azərbaycanda 2019-cu ilin yanvar-sentyabr aylarında apardığı anonim statistikaya əsasən, bu müddət ərzində ölkədə fərdi kompüter istifadəçilərinin 42 faizi ən azı bir dəfə müxtəlif kibertəhdidlərlə qarşılaşıb. İstifadəçilərin çoxu isə müxtəlif məlumat daşıyıcıları, yəni yaddaş kartları, hard disklər vasitəsilə yayılan zərərli proqram təminatları ilə bağlı təhdidlərə məruz qalıb. Bundan əlavə, Azərbaycanda mobil cihaz istifadəçilərinin təxminən 3 faizi zərərli proqram təminatı ilə üzləşib.

 

Kaspersky” şirkətinin sifarişi ilə həyata keçirilmiş araşdırmanın nəticələrinə görə, Bakıda valideynlər övladlarının internetdə fəaliyyətlərini məhdudlaşdırmağa və onların kibertəhlükəsizliyinə görə narahat olmağa meyillidirlər, lakin özləri elementar təhlükəsizlik tədbirlərini unudurlar.

Valideynlərin özləri isə sosial şəbəkə hesablarında övladları haqqında mütəmadi olaraq foto və yazılar paylaşırlar. Araşdırma nəticələrinə görə, Bakıda valideynlərin 55%-i bu cür davranır. Onların yalnız 22%-i övladından şəbəkədə onun haqqında məlumat yerləşdirmək üçün razılıq alır. Rəyi öyrənilmiş valideyn respondentlərin 19%-i sosial şəbəkələrdə uşaqlarının həyatından hekayələr paylaşır, 14%-i hobbiləri haqqında yazır, 18%-i geolokasiya, 11%-i isə övladlarının oxuduğu təhsil müəssisəsi haqqında məlumat verir.

 Eyni zamanda, tədbirdə kibertəhlükələrdən qorunmaq üçün istifadəçilərin riayət etməsi tövsiyə olunan əsas qaydalar barədə danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı