Kiçik qadcet adi pərdəni “ağıllı” ev elementinə çevirəcək Oktyabr 25, 2019 | 03:20 / Texnoloji yeniliklər

Elektrik ötürücüsünə malik “ağıllı” pərdələrə artıq satışda rast gəlmək olar. Lakin onları qida mənbəyinə qoşmaq lazımdır və quraşdırmaq kifayət qədər çətindir. Yeni “SwitchBot Curtain” qurğusu avtonom işləyir və onu adi pərdəyə bağlamaq mümkündür.

techcult.ru saytının məlumatına görə, ideya olduqca sadədir: istifadəçilər qadceti karnizin xarici tərəfinə bərkidirlər, sonra pərdələrin vəziyyətini nizama salaraq, rezin çarxın köməyilə lazımi istiqamətdə onun yerini dəyişdirə bilərlər.

Ev sahibi “iOS” və “Android” əməliyyat sistemləri ilə işləyən qurğular üçün hazırlanmış proqramdan istifadə edərək, qurğu vasitəsilə öncədən müəyyən edilmiş qrafiklə və ya real vaxt rejimində pərdələrin vəziyyətini dəyişə bilər. Daxili işıq sensoru günəşin çıxmasına və batmasına reaksiya verdikdə qadcet pərdəni açır və bağlayır.

Qurğunu proqramdan istifadə etmədən aktivləşdirmək üçün sadəcə pərdəni yüngülcə dartmaq lazımdır. Həmçinin “SwitchBot Curtain” pultun köməyilə məsafədən idarə edilə bilər. İstehsalçılar iddia edirlər ki, qadcet bir dəfə enerji ilə doldurulduqda 8 ay işləyir. Lakin ona əlavə günəş mini-panelini qoşmaqla, bu müddəti uzatmaq mümkündür.

Qurğunu artıq “Kickstarter” platformasında 49 dollara əldə etmək olar. Kampaniya uğur qazanarsa, “SwitchBot Curtain” 2020-ci ilin aprel ayında satışa çıxarılacaq.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı