Yeni üz tanıma sistemi iş üçün personal seçir Oktyabr 24, 2019 | 03:03 / Texnoloji yeniliklər

Bir çox xarici işəgötürənlər müsahibələrdə süni intellektdən istifadə etməyə başlayıblar. Bu prosesdə xüsusi neyroşəbəkə hazırlamış “HireVue” şirkətinin sistemi daha məşhurdur. “HireVue” tərəfindən hazırlanan sistem namizədin üzünü, səs tonunu, danışığını təhlil edir, sonra namizədləri bir-biri ilə müqayisə edir.

Hightech.fm saytının verdiyi məlumata görə, “HireVue” şirkətinin qiymətləndirməsi artıq bir çox sahələrdə geniş yayılıb, buna görə də bəzi universitetlər tələbələrə müsahibədə ən yaxşı nəticə əldə etmək üçün danışmağın yollarını öyrədirlər. Sistem “Hilton”, “Unilever” və “Goldman Sachs” da daxil olmaqla 100-dən çox işəgötürən tərəfindən istifadə olunur.

“Bu texnologiyanın köməyilə üzün hərəkəti, səs tonu, davranış tərzinə görə şirkət üçün uyğun bir işçini seçə biləcəklərinə inanırlar, ancaq bu, çox narahatedici bir haldır”, - deyə Nyu-Yorkda “Al Now Institute”-in həmtəsisçisi Meredit Uittaker qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı