“Microsoft” VR-mühitdə görünməz dəyişikliklər texnologiyası təklif edib

24 Oktyabr 2019 - 11:27 | Maraqlı məlumatlar
“Microsoft” VR-mühitdə görünməz dəyişikliklər texnologiyası təklif edib

“Microsoft” şirkəti istifadəçi üçün VR-dəbilqədə virtual mühiti dəyişdirməyə imkan verən texnologiya təqdim edib. Sistem istifadəçinin baxış istiqamətini izləyir və yalnız periferiya görməsi sahəsində mühiti dəyişir.

hightech.fm saytının məlumatına görə, dəyişikliklər istifadəçinin görmə sahəsində baş verəcək. Beləliklə istehsalçılar VR-mühitdə istifadəçinin marağını və prosesin interaktivliyini artırmaq niyyətindədirlər.

Baxış istiqamətinin izlənilməsindən əlavə, sistem istifadəçinin idrak yükünü, göz bəbəklərinin diametrini və əhval-ruhiyyəsini təhlil edəcək. Bu da insan reaksiyası altında VR-mühiti qurmağa imkan verəcək.

Bu texnologiyanın nümayiş etdirilən modellərindən biri istifadəçinin seçimlərindən asılı olaraq insana virtual muzeydə gəzməyə və  periferiya görməsində şəkilləri dəyişdirməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.