“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib Oktyabr 23, 2019 | 08:20 / Konfranslar, iclaslar

Bu gün Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi“Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “Eurasia İnnovation Day” adlı tədbir keçirilib.

Dialoq platforması rolunu oynayan tədbirdə siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda innovativ fəaliyyətin kütləviləşdirilməsi, innovasiya ekosisteminin formalaşdırılması üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb. Nazir müavini bu istiqamətdə imzalanmış “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Sərəncamın əhəmiyyətini vurğulayıb. “Sərəncama əsasən, koordinasiya subyektlərində  innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslər təyin olunub  və hesabatlılıq sistemi formalaşdırılır”.

“Eyni zamanda aidiyyəti  koordinasiya subyektlərinin idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olması, illik mənfəətlərinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Həmçinin, Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsinin hazırlanması tapşırığı da ölkəmizdə innovasiyaların əlaqəli və kompleks şəkildə inkişafı üçün mühüm əhəmiyyət kəsb edir ”, – deyə Elmir Vəlizadə vurğulayıb.

“Eurasia Innovation Day” öz işini 3 paneldə davam etdirib. 

“Rəqəmsal əlaqə” adlı ilk paneldə mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib.

Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı