Hindistan universitetlərində smartfonlardan istifadəyə qadağa qoyulub

23 Oktyabr 2019 - 10:07 | Maraqlı məlumatlar
Hindistan universitetlərində smartfonlardan istifadəyə qadağa qoyulub

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatındakı kollec və universitetlərdə smartfonlardan istifadəyə qadağa qoyulub. Bu barədə “Hindustan Times” qəzeti yazır.

“Bu məhdudiyyət tələbələr üçün daha uyğun tədris mühiti yaratmağa imkan verəcək”, – qəzet Uttar-Pradeşin ali təhsil məsələləri üzrə idarəsinin bəyanatından sitat gətirib. belta.by saytının məlumatında bildirilir ki, qadağa həm tələbələrə, həm də ştatın bütün ali məktəb müəllimlərinə şamil olunur.

Xatırladaq ki, cari ilin iyun ayının 1-dən etibarən Uttar-Pradeş ştatının baş naziri Yoqi Adityanatx yerli hökumətin iclaslarında smartfonlardan istifadəni qadağan edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.