Avstraliyada dərsliklər virtual reallıq qarniturları ilə əvəz ediləcək Oktyabr 23, 2019 | 12:58 / Maraqlı məlumatlar

Avstraliyanın La Trobe Universiteti test layihəsinə start verdiyini açıqlayıb. Belə ki, ikinci kurs tələbələri 12 həftə ərzində anatomiya fənnini öyrənərkən virtual reallıq qarniturları ilə işləyəcəklər. Tədris proqramı dəyişməyəcək, əsas maraq mövzusu məhz gənclərə biliklərin ötürülməsi metodlarıdır. Bildirilib ki, universitet artıq əlavə reallıqla iş üçün lazım olan “HTC VR” qarniturları və “iPad” planşetlərini alıb.

techcult.ru saytının məlumatına görə, anatomiya predmeti test üçün təsadüfən seçilməyib, çünki virtual və əlavə reallıq tədris materialının vizuallaşdırılması üçün mükəmməl vasitədir. Müəllimlər artıq tələbələrə əlavə reallıqda canlı insanlara anatomik strukturları qoymağa imkan verən proqram hazırlayıblar. Beləliklə, tələbə birbaşa qrup yoldaşının üzərində əzələlərin ayrı-ayrı kateqoriyalarının xüsusiyyətlərini və işini öyrənə bilər.

Təlim prosesində virtual və əlavə reallığa keçidin daha bir üstünlüyü portativlikdir. Qarniturlar tədris siniflərində olsa da, universitet şəhərciyinin istənilən hissəsindən serverlərə qoşulmaq mümkündür. İstənilən tələbə öz planşeti və əlavə reallığın köməyilə lazımi materialları əldə edə, ev tapşırıqlarını yerinə yetirə, öz biliyini artırmaqla məşğul ola bilər. Bundan başqa, şəbəkə texnologiyaları qrup layihələri və sınaqlarının keçirilməsini sadələşdirir.

Qeyd edək ki, elektronikanın alınması universitetə bir tələbə üçün 10 Avstraliya dollarına başa gəlib, kağız dərsliklərdən istifadə zamanı isə bu məbləğ 100 dollar təşkil edirdi. Proqram təminatı lisenziyalarının topdan alınması da xərcləri azaltmağa imkan verib. Sınaq müvəffəqiyyətlə nəticələnərsə, yeni texnologiyalar anatomiyanın bütün kurslarında, sonradan isə başqa fənlərin tədrisində tətbiq ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı