Elmmetriya və e-elmin formalaşması problemləri araşdırılır Sentyabr 29, 2014 | 11:59 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutununun şöbə müdiri Təhmasib Fətəliyev rəhbərlik etdiyi 3 saylı şöbənin 9 aylıq hesabatını təqdim etdi.

O, şöbədə elmi-tədqiqat işləri çərçivəsində görülən işlərdən danışaraq elmmetriyanın formalaşması və inkişafı problemləri və respublikada həyata keçirilən e-hökümətin tərkib hissəsi olan e-elmin formalaşması problemlərinə dair aparılan araşdırmalardan söz açdı. Qeyd etdi ki, bu istiqamətlərdə dissertasiya işlərinin ekspertizası, elmi tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi məsələləri tədqiq edilir, e-elmin inkişafının yeni istiqaməti sayılan vətəndaş elminin təşəkkülü və perspektiv məsələləri araşdırılır, metod, alqoritm və mexanizmlər işlənilir.

Eyni zamanda e-elmin informasiya təminatının formalaşdırılması istiqamətində aparılan tədqiqatlar çərçivəsində Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli mexanizmlərinin işlənməsi məsələləri tədqiq olunur.

Şöbənin elmi-innovasiya fəaliyyətinə dair məlumatları diqqətə çatdıran məruzəçi AR Prezidenti yanında Elmin İnkişafı FondununRabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyələşdirdiyi, elmi rəhbəri olduğu qrant layihəsi çərçivəsində görülmüş işlər haqqında danışdı.

T.Fətəliyev, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırdı. Qeyd etdi ki, beynəlxalq elmi əməkdaşlığın inkişafı məqsədi ilə İstanbul Texniki Universiteti, Belarus MEA-nın Birləşdirilmiş İnformasiya Problemləri İnstitutu ilə elmi əməkdaşlıq əlaqələri qurulmuşdur.

Şöbənin hesabatı qəbul edildi, bir sıra təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı