2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” davam edir Oktyabr 22, 2019 | 08:45 / Konfranslar, iclaslar

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” bu gün öz işini İnnovasiyalar Agentliyində davam etdirib. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyiAvropa Birliyinin təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumun ikinci günündə iştirakçılara E-ticarətdə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların mühafizəsi, bazar davranışı və tendensiyaları mövzularında “Master class” keçirilib. Ustad dərsin məqsədi E-ticarətlə məşğul olanlar və bu işə yeni başlayanlar üçün ekspert təlimləri keçmək və onları maarifləndirmək olub.

Ölkəmizdə artıq ikinci dəfədir keçirilən tədbir elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Xatırladaq ki, cari ilin oktyabr ayının 18-də start verilən “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində bu günədək Roboday festivalı, həmçinin İ2B – İdeyadan Biznesə layihəsinin respublika finalı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı