“Wing” şirkətinin dronları bağlamaları evlərə çatdırır

21 Oktyabr 2019 - 15:53 | Maraqlı məlumatlar
“Wing” şirkətinin dronları bağlamaları evlərə çatdırır

“Alphabet” holdinqin tərkibinə daxil olan “Wing” şirkəti pilotsuz təyyarələrin köməyi ilə bağlamaları birbaşa evlərə çatdırmağa başlayıb. Hazırda Virciniya ştatının sakinləri yemək, şirniyyat və dərmanları birbaşa evə sifariş edə biləcəklər.

hightech.fm saytının məlumatına görə, “Wing” şirkəti yemək və dərmanlardan başqa elektronika cihazlarının evlərə çatdırılmasına önəm verir.

Bu ilin yazında “Wing” pilotsuz uçuş aparatları yükdaşıyan aviaşirkətin sertifikatını alıb. Bu, şirkətə müştərilərdən xidmətlər üçün ödəniş alaraq dronlardan ticari məqsədlər üçün istifadə etmək imkanını yaradır.

Şirkət nümayəndələri əmindirlər ki, bağlamaların çatdırılması xidmətinin istifadəyə verilməsindən sonra bir çox şirkətlər dronların köməyi ilə kiçik yüklərin çatdırılması şəbəkəsinin inkişafında maraqlı olacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.