Ayda kosmonavtlar üçün robot-köməkçilər yaradılacaq Oktyabr 21, 2019 | 12:18 / Maraqlı məlumatlar

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunun mütəxəssisləri Ayın səthi və orbitində kosmonavtlar üçün robot-köməkçilər hazırlayacaqlar. Onların hazırlanması üçün Rusiya avtomatik stansiyalarının Yer kürəsinin peykində uçuşları zamanı topladıqları sınaqların məlumatları istifadə olunacaq.

ferra.ru saytının məlumatına görə, aparatların platformaları yeni avtomatlaşdırılan sistemlər üçün prototiplər kimi çıxış edəcəklər. Bu sistemlər kosmonavtlara kömək üçün istifadə olunacaq.

Məsələn, “Luna - Resurs-1” orbital aparat bazası və “Luna-Grunt” enmə modulu əsasında çoxdəfəli uçuş və eniş sistemlərini yaratmaq mümkün olacaq.

Qeyd edək ki, 2021-ci ildə “Luna-25”, 2024 və 2025-ci illərdə - “Luna-26” və “Luna-27” orbital stansiyaları istifadəyə veriləcək. 2027-ci ildə isə torpaqdaşıyan cihazı olan “Luna-28” stansiyası Aya yola düşəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı