“Kibertəhlükəsizlik: kritik risklər” mövzusunda təlim keçirilib Oktyabr 21, 2019 | 11:04 / Mühüm hadisələr

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin “IS3S” (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının, bankların və özəl təşkilatların rəhbər şəxsləri və menecerləri üçün İT təhlükəsizliyin əsasları sahəsi üzrə “Kibertəhlükəsizlik: kritik risklər” adlı təlim keçirilib. Təlimin əsas məqsədi qurumlarda kibertəhlükəsizlik üzrə idarəetmə prosesində iştirak edən şəxslərin biliklərinin artırılmasıdır.

Tədbir iştirakçılarına dünyada trend sahələrdən biri olan kibertəhlükəsizlik sahəsinin əhəmiyyəti və bu sahə üzrə mütəxəssislərin hazırlanması ilə bağlı məlumat verilib.

Daha sonra “Kibertəhlükəsizliyin əsasları” (Cybersecurity essentials), “İnformasiya təhlükəsizliyi standartları” (Information security standards), “İnformasiya təhlükəsizliyi:  texnologiya və həllər” (Information security tech and solutions), “Kibertəhlükəsizlik trendləri” (Cybersecurity trends) mövzuları üzrə iştirakçılara təlim keçirilib.

Qeyd edək ki, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə informasiya və kibertəhlükəsizlik üzrə mütəmadi əsaslarla təlimlər keçirilir. Mütəxəssislərin hazırlanması məqsədilə növbəti təlim İT təhlükəsizliyin əsasları (CompTİA security+) mövzusunda olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı