Məlumatları saniyədə 1 petabit sürətlə ötürən ilk şəbəkə qovşağı yaradılıb Oktyabr 21, 2019 | 10:56 /

Yaponiyalı mühəndislər petabitlik şəbəkələr üçün ilk optik kommutator prototipini nümayiş etdiriblər. Bu avadanlıq 8K təsvir ölçülü videonu eyni anda 10 milyon qurğuda yayımlaya bilmək imkanına malikdir. 

Yaponiyanın Milli İnformasiya və Rabitə Texnologiyaları İnstitutu yeni nəsil funksional şəbəkələrin yaradılması istiqamətində mühüm addım atıb. Onlar optik siqnalları 1 Pbit/s sürətlə emal edən kommutasiya qurğusu hazırlayıblar.

hightech.plus saytının məlumatına görə, prototip mikroelektromexanik sistemlər (MEMS) texnologiyasına əsaslanan az itki səviyyəsinə malik müasir irimiqyaslı optik çeviricilərdən, 3 tip ən yeni multipleks liflərdən istifadə edir və 10 Tbit/s-dən 1 Pbit/s-dək tutumlu siqnalların marşrutlaşdırılmasını həyata keçirir. Bu da müasir şəbəkələrin imkanlarından 100 dəfə çoxdur.

Qeyd edək ki, institut qısa və uzaq məsafələr, həmçinin məlumat mərkəzləri şəbəkələri üçün optik lif və sürət kommunikasiyasının yeni tiplərinin hazırlamasında alim və sənaye mərkəzləri ilə fəal əməkdaşlıq edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı