“İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı keçirilib Oktyabr 20, 2019 | 01:38 / Mühüm hadisələr

"InnoWeek – İnnovasiya həftəsi" çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,İnnovasiyalar Agentliyinin təşkilatçılığı, AREA – Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, "Sumaks Academy", "Engineering for kids""Mars Academy"nin tərəfdaşlığı ilə "Roboday" festivalı keçirilib.

"Robopark" layihəsinin tərkib hissəsi olan festivalda müxtəlif robotlarla ünsiyyət qurmaq imkanı yaradan sərgilər, robotexnika sahəsində tətbiq və əyləncə zonası ilə təchiz edilmiş stendlər təşkil olunub. Eyni zamanda, gənc nəslin dron və robotlarla ilkin tanışlığı, ümumilikdə robototexnika sahəsi üzrə maarifləndirilməsi məqsədilə müxtəlif təlimlər, o cümlədən "Dron", "Robofutbol" və "Robosumo" yarışları keçirilib, robot şouları nümayiş olunub. Əyləncə zonasında "Formula 1"-in avtomobil simulyatorları yerləşdirilib.

AREA tərəfindən "WRO – Dünya Robot Olimpiadası" yarışı üzrə "Regular" kateqoriyası üçün ayrıca yarış meydançası qurulub.

Həmçinin "Roboday" festivalı çərçivəsində gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumat verilib.

STEAM və robotexnikaya aid tədris sərgisində İKT LAB – İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, AREA – Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası, SUMAKS, "Engineering for kids", "Mars Academy", "BNB Dinamycs", Bakı Modern Təhsil Kompleksi, "Matrix Training Center", "Smart Owl" – Uşaq İnkişaf Mərkəzi və "Hədəf" liseyi daxil olmaqla 10 qurumun nümayəndələri iştirak ediblər.

Festivalı "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları, müxtəlif məktəblərin şagirdləri, Uşaq evlərinin sakinləri ziyarət ediblər.

"Robopark" layihəsinin əsas hədəfləri robototexnika sahəsinə maraq yaratmaq, uğurlu robototexnika layihələrini müsabiqələrə cəlb etmək və onların kommersiyalaşdırılmasına imkan yaratmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı