Robot-kuryer “Agility Robotics” şirkətində işləməyə başlayıb Oktyabr 17, 2019 | 07:30 / Maraqlı məlumatlar

“Agility Robotics” şirkəti “Digit” adlı robotun ikinci modelini təqdim edib.

belta.by saytının məlumatında bildirilir ki, mühəndislər sözügedən robotun işini təkmilləşdiriblər. İndi o, avtonom şəkildə hərəkət edə və kiçik yükləri daşıya bilir. Robot məkanda müstəqil hərəkət etməyə imkan verən sensor və lidarla təchiz edilib.

Robotun aşağı hissəsi qeyri-adi konstruksiyaya malikdir: ayaqlar iki seqmentdən ibarətdir və arxaya yönəlib. Aşağı ətrafların belə quruluşu robota yan tərəfə əyilmə zamanı tarazlığı saxlamağa kömək edir. İstehsalçıların sözlərinə görə, “Digit” bir ayaq üzərində asanlıqla dayana bilir. Bundan başqa, robot-kuryer ona yükləri daşımağa imkan verən xüsusi əllərlə təchiz edilib.

Hazırda şirkətin mütəxəssisləri satışa başlamaq üçün robotun daha da təkmilləşdirilməsi ilə məşğuldurlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı