Süni intellekt filmlərə reklam əlavə edəcək Oktyabr 17, 2019 | 09:58 / Texnoloji yeniliklər

Məlumdur ki, hazırda heç bir müasir film kompüter qrafikası olmadan tamamlanmır. Çin texnologiya nəhəngi “Tencent” daha da irəli gedərək hazır film və seiallara reklam əlavə etmək üçün müasir kompüter görməsi texnologiyalarından istifadə etmək niyyətindədir.

4pda.ru saytının məlumatına görə, çarxda “Tencent” ilə əməkdaşlıq müqaviləsi bağlayan “Mirriad” şirkətinin hazırladığı yenilik nümayiş etdirilir. Videoda  hazır film və ya seriala asanlıqla bilbord (biqbord-ingilis dilindən tərcümədə “big board”- elan üçün iri lövhə) əlavə olunması göstərilir. Beləliklə hazır olan video lentlərə istifadəçilərin heç vaxt dayandıra və ya buraxa bilməyəcəkləri reklamlar birləşdiriləcək.

“Tencent” şəxsi  platformasında bu texnologiyanı sınaqdan keçirmək niyyətindədir. Layihə müvəffəqiyyətlə həyata keçdiyi halda “Mirriad” öz işini digər xidmətlərdə də davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı