Çində hərbi əməliyyatlar üçün uçan boşqab təqdim olunub Oktyabr 16, 2019 | 12:51 / Texnoloji yeniliklər

Çin Dövlət Aviasiya Korporasiyası Tyanszin şəhərində keçirilmiş “China Helicopter Exposition 2019” sərgisində yeni məhsullarını təqdim edib. Digər yeniliklərin arasında “Super böyük ağ köpək balığı” adlı layihə çərçivəsində hazırlanmış, zahirən UNO-nu (uçan naməlum obyekt) xatırladan qurğu nümayiş etdirilib.

mignews.ru saytının məlumatına görə, o, 650 km/saata qədər sürət toplaya bilən, diskşəkilli formaya malik ikinəfərlik helikopterdir. İstehsalçıların sözlərinə əsasən, qurğu öz texniki xarakteristikalarına görə müasir uçuş aparatlarından heç də geri qalmır, hətta bir sıra parametrlər üzrə onları üstələyir.

Bəzi mütəxəssislərin fikrincə, istifadəyə verilsə belə, bu modelin geniş istifadə olunması ehtimalı azdır. Əvvəllər bu kimi uçuş aparatlarının təkmilləşdirilməsi ilə bağlı aparılan heç bir təcrübədə müsbət nəticələr əldə olunmayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı