“Apple” şirkəti “ağıllı” üzük hazırlayır Oktyabr 16, 2019 | 12:10 / Texnoloji yeniliklər

“Apple” şirkəti displey və bir çox sensora malik üzüyün patentini əldə edib. Daşınan qadcet kompüter, planşet və digər qurğuların idarə edilməsi üçün istifadə oluna bilər. Patentdə təsvir edilmiş üzük əl hərəkətlərinin hesablanmasının köməyilə jestləri ötürə və ya məsələn, barmağı masa üzərində sürüşdürməklə kompüter mausunun işini təqlid edə bilir.

hi-tech.mail.ru saytının məlumatına görə, üzük prosessor, batareya, simsiz ötürücü aparat, mikrofon, akselerometr, hiroskop və bir çox başqa sensorlarla təchiz edilib. Həmçinin ona bir sıra biometrik sensorlar quraşdırılacaq ki, bu da qadcetdən digər qurğuların blokdan çıxarılması üçün açar kimi istifadə etməyə imkan verəcək.

Üzük həm də simvolların daxil edilməsi üçün kiçik sensor ekrana malikdir. Lakin hələ ki, üzüyün köməyilə simvolların daxil edilməsinin nə üçün lazım olduğu barədə informasiya verilmir.

“Ağıllı” üzük yeni funksional aksessuar kimi adi üzüklərin rəqibi ola bilər. “Apple Watch” modellərinin dünyada ən çox satılan saatlar olması faktı bunu deməyə əsas verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı