“Harmony OS” 2020-ci ildə beşinci ən böyük əməliyyat sistemi olacaq Oktyabr 15, 2019 | 11:36 / Maraqlı məlumatlar

Çin şirkəti “Huawei” “Android”i əvəz edən “Harmony OS” əməliyyat sistemini istifadəyə verib. “Harmony OS” yalnız smartfonlarda və planşet kompüterlərində deyil, həm də digər qurğularda istifadə oluna bilər.

3dnews.ru saytının məlumatına əsasən, növbəti ildə “Harmony OS”un qlobal bazarda payının 2 %-ə çatması bu proqram platformasını dünyada beşinci edəcək. Bununla da o “Linux”u geridə qoyacaq. Bundan əlavə, “Harmony OS”un Çin bazarındakı payı növbəti ilin sonuna qədər 5% təşkil edəcək.

Qeyd edək ki, hazırda dünyada ən geniş yayılmış əməliyyat sistemi “Android”dir və onun payı  39 %-ə bərabərdir. İkinci mövqe qurğuların 35 %-nə quraşdırılan  və iOS proqram platforması bazarındakı 13,87 % payı ilə ilk üçlüyə daxil olan “Windows”a aiddir.  Onlardan sonra bazarın 5,92 % və 0,77 %-ni tutan “macOS” və “Linux” gəlir.

Bu il “Harmony OS” ilə işləyən “Honor Vision TV” və “Huawei Smart TV” televizorları təqdim edilib. Şirkət nümayəndələrinin sözlərinə görə, “Harmony OS” ilə işləyən smartfonlar hələki satışa buraxılmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı