Süni torlu qişa yalnız faydalı vizual informasiyanı emal edəcək Oktyabr 15, 2019 | 09:38 / Texnoloji yeniliklər

ABŞ-ın Stenford Universitetinin mütəxəssisləri göz üçün süni torlu qişa yaradıblar. O, iş zamanı həddindən artıq qızmır. Belə ki, bu problem korluğun müəyyən növləri ilə mübarizədə oxşar qurğulardan istifadə üçün əsas maneə idi.

Süni torlu qişa gözə düşən işığı toplayaraq, onu elektrik siqnallarına çevirən daxili gözün arxa hissəsinə implantasiya edilmiş kameraya malik sensordan ibarətdir. Bu siqnallar elektrod massivi vasitəsilə neyronlara, sonra isə emal olunması üçün beyində görmə sinirinə ötürülür. Lakin süni torlu qişanın mənfi cəhəti elektrik impulslarının qurğunu həddindən artıq qızdırması idi ki, bu da onun daşıyıcısına böyük diskomfort yaradırdı.

hightech.fm saytının məlumatına əsasən, artıq tədqiqatçılar bu problemin həlli yolunu tapıblar. Belə ki, onlar qurğunun emal edərək saxladığı məlumatların həcmini azaldıblar. Bu zaman vizual informasiyanın həcmində itki olmayıb. Əgər vizual siqnalı bir elektrod qeydə alarsa, o, emal edilir. Eyni anda bir neçə elektrod tərəfindən qeydə alındıqda isə siqnal səs-küy hesab edilir və rədd olunur.

Sınaqlar nəticəsində məlum olub ki, yeni iş metodu süni torlu qişaya vizual informasiyanın həcmini azaltmadan daha effektiv işləməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı