“Microsoft” yeni klavişli klaviaturalar təqdim edib Oktyabr 14, 2019 | 11:37 /

Yenilənmiş “Microsoft Ergonomic Keyboard” və “Bluetooth Keyboard” klaviatura  modellərində iki yeni xüsusi “Office” və “Emoji” klavişləri olacaq. “Office” klavişi ofis proqram paketinin sürətli çağırışına xidmət edəcək, “Emoji” isə emoji seçmək və daxil etmək üçün istifadə olunacaq. Bu 1994-cü ildə “Win” klavişinin yaranmasından sonra tam ölçü kompüter klaviaturalarının klavişlərinin müasir dəstində 25 illik klaviatura tarixində “Windows” istifadəçiləri üçün ilk dəyişiklikdir.

“Office” klavişi klaviaturanın sağ tərəfində yerləşən köməkçi “Win”i əvəz edir. “Office + W” klavişlərini basaraq “Word”, “Office + X” isə “Excel” proqramını işə salır, digər “Office” proqramları üçün isə “Office + O, T, P, D, N, Y, L” klaviş və s. qısa yollarından istifadə olunur. “Office” klavişinin tətbiq edilməsi ilə istifadəçilər üçün, həmçinin ofis paketindən sənəd və faylların sürətli mübadiləsi imkanını da əlavə ediblər. Məsələn, hazırda “Office + S” düyməsini basaraq başqa bir şəxslə sənəd bağlantısı yaratmaq mümkündür.

habr.com saytının məlumatına əsasən, smaylik şəkilli yeni “Emoji” düyməsini basmaq “Windows 10” əməliyyat sistemində emoji seçim siyahısını açır. Hazırda “Windows 10”da “Emoji”i panelini çağırmaq üçün “Win +” kombinasiyalı klavişi basmaq lazımdır.

“Microsoft”un bu sınaq layihəsindəki rəyləri diqqətlə araşdırması yenilənmiş klaviatura modellərində iki yeni klavişin yaranması ilə nəticələndi.

Qeyd edək ki, əlavə klavişləri olan yeni klaviaturalar 15 oktyabr 2019-cu il tarixindən ABŞ-da satışa çıxarılacaq. Bu klaviaturalara məhdudlaşdırılmış birillik zəmanət veriləcək. Yeni klavişlərə dəstək “Windows 10”un son yeniləmələrində artıq mövcuddur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı