Yeni sistem adi “Wi-Fi” routeri ev kibermühafizəçisinə çevirəcək Oktyabr 11, 2019 | 12:28 / Texnoloji yeniliklər

“Linksys” şirkəti “Velop” routerlərinin əlavə funksiyalarından istifadəyə əsaslanan ev üçün yeni təhlükəsizlik sistemini təqdim edib. Sistem “Mesh WiFi” texnologiyasını dəstəkləyən qurğulardan ibarətdir. Routerlərə məlumatları ötürməklə yanaşı, binanın daxilində qəribə yerdəyişmələri aşkar etmək, yəni, ev üçün təhlükəsizlik sisteminin funksiyalarını yerinə yetirmək öyrədilib.

techcult.ru saytının məlumatına görə, “Linksys Aware” sisteminin əsas üstünlüyü onun tamamilə routerlər əsasında quraşdırılmasındadır. Sistem binaya daxil olmaq istəyən şəxslərdə heç bir şübhə doğurmur. O, hərəkətin tanınması sistemi kimi deyil, məlumatların interpretasiyasında olduqca dəqiqdir. Belə ki, “Mesh WiFi” və “Velop” üçün idarəedici “Intelligent Mesh” proqramı istifadəçilərin vərdişlərinə maksimal uyğunlaşma üçün yaradılıb. Bu səbəbdən “Linksys Aware” yanlış həyəcan siqnalı verməmək üçün ailə üzvlərini yad şəxslərdən asanlıqla fərqləndirə bilir.

Şirkət nümayəndələri bildirirlər ki, gələcəkdə routerlər “ağıllı” evin fraqmentindən onun baza elementinə çevriləcək. Sistem hələ ki, yalnız bahalı “Velop” routerləri ilə işləyir və abunə üzrə ayda 2,99 dollara təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı