“GITEX Technology Week 2019” – Fars körfəzi regionunun 39-cu beynəlxalq informasiya texnologiyaları sərgisi keçirilir Oktyabr 08, 2019 | 03:51 / Mühüm hadisələr

6–10 oktyabr 2019-cu il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “GITEX Technology Week 2019” (GTW) – Fars körfəzi regionunun 39-cu beynəlxalq informasiya texnologiyaları sərgisi keçirilir.

1981-ci ildən keçirilən GTW informasiya və kommunikasiya texnologiyaları, eləcə də elektronika sahəsində son nailiyyətlərin təqdim olunduğu ən böyük və nüfuzlu sərgilərdən biridir.

Texnologiya həftəsi çərçivəsində bir sıra ixtisaslaşmış tədbirlər keçirilir: “GTEX Business Solutions” İT-texnologiyaların biznesi platforması, “GULFCOMMS” telekommunikasiya sektoruna istiqamətlənən biznes platforması, korporativ şəbəkələr, biznes-proseslər və informasiya bankları üçün geniş spektrli təhlükəsizlik vasitələrini nümayiş etdirən “GITEX Network and Security segment”, ən son onlayn həlləri nümayiş etdirən “GITEX e-Government”, müasir dövrdə populyar və gəlir gətirən mobil tətbiqlər haqqında “GITEX Mobile Apps World”, eləcə də “The Consumer Electronics” istehlak elektronikası seksiyası.

Həftə çərçivəsində keçirilən beynəlxalq konfransda müxtəlif təşkilatların kompüter və informasiya təhlükəsizliyi problemləri üzrə əməkdaşlığı məsələləri müzakirə ediləcək.

Tədbirdə süni intellekt, “ağıllı” şəhərlər, “ağıllı” əşyalar və Əşyaların İnterneti mövzularına xüsusi diqqət ayrılır.

Sərginin tematik bölmələrinə aşağıdakılar daxildir:

• Proqram təminatının təchizatçıları

• Şəbəkələr üçün avadanlıq və proqramlar

• Rabitə xidmətlərinin təchizatçıları

• Sistem inteqratorları

• Banklar və maliyyə institutları

• İstehlak elektronikası

• İT-nəşrlər

• Peyk yayımı və multimedia

• Simsiz və mobil texnologiyalar

Tədbirin əsas proqramından əlavə, GTW, həmçinin müxtəlif dəyirmi masalar, konfranslar, brifinqlər, seminarlarla zəngindir. Burada dünyanın müxtəlif ölkələrindən olan aparıcı mütəxəssislər informasiya texnologiyalarının gələcəyi ilə bağlı fikir mübadiləsi aparırlar. Proqramın əsas tədbirlərindən biri olan “GITEX Global Conference” hər il dünyanın müxtəlif ölkələrindən 3000-dən çox nümayəndəni cəlb edir. 

expoclub.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı