2015-ci ildə ABŞ-da video oyunlar muzeyi fəaliyyətə başlayacaq Sentyabr 25, 2014 | 11:00 / Maraqlı məlumatlar

Yaxın vaxtlarda müxtəlif video oyun həvəskarları ABŞ-da fəaliyyətə başlayacaq ilk video oyunlar tarixi muzeyinə (Videogame History Museum) tamaşa edə biləcək. Muzeyin rəsmi saytının məlumatına görə, əvvəlcə muzeyin tikintisi “Silikon vadisi”ndə planlaşdırılsa da, sentyabrın 18-də onun Texas ştatının Frisko şəhərində yerləşəcəyi elan edilib.

Video oyunlar tarixi muzeyinin açılması Frisko şəhər ictimai inkişaf korporasiyasının (Frisco Community Development Corporation) muzeyin inkişafı, əlavə parklama yerlərinin yaradılması və digər hazırlıq işlərinin keçirilməsi üçün 800 min dollar ayırması sayəsində mümkün olub. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və "Frisco Convention & Visitors Bureau” şirkəti də muzeyin inkişafına 100 min dollar ayırıb.

“Biz şadıq ki, video oyunlar muzeyi yaradılır”, - təsisçilər bildirib. 

Muzey 970 kvadratmetr ərazini əhatə etməklə Frisko şəhər tədqiqat mərkəzinin (Frisco Discovery Center) daxilində yerləşəcək. Muzeydə konsol, oyun avtomatları, portativ oyunlar, klassik oyunlar və s. kolleksiyalarını görmək mümkün olacaq. 

mincom.gov.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı