“Ağıllı” linzalar göz damcılarından istifadəyə son qoyacaq Oktyabr 07, 2019 | 12:51 / Texnoloji yeniliklər

Dərmanları tədricən birbaşa gözə ifraz edən kontakt linzalar göz damcıları üçün mükəmməl alternativdir. Linzalar dərmanların gözün torlu qişasına çatdırılması problemini həll edir. Adətən, torlu qişaya toxunan xəstəliklərin müalicəsi üçün inyeksiyalar etmək tələb olunur. Bu, bir çox pasiyentlərdə qorxuya səbəb olur və nəticədə terapiyaya mane olur.

meddaily.ru saytının məlumatına görə, deksametazon (iltihabı aradan qaldırır) yayan linzalar isə rahatlığı və istifadəsinin sadəliyi ilə fərqlənir. Linzalar uveit və makula ödəmi olan heyvanlar üzərində sınaqdan keçirilib. Məlum olub ki, linzalar bir həftə ərzində preparatın torlu qişaya ötürülməsinə zəmanət verib.

Əslində, linzalarla hər saat göz damcısından istifadə zamanı müşahidə olunan göstəriciləri 200 dəfə üstələyən konsentrasiyaya nail olunub. Effektivliyə görə isə, torlu qişanın zədələnməsinin qarşısının alınması baxımından linzalar inyeksiyalarla müqayisə edilə bilər. Alimlər yaxın zamanda kliniki sınaqlara başlayacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı