Şamaxıda məktəblilərə “İnternetdə olan imkanlar və təhlükələr” mövzusunda seminar keçirilib Oktyabr 07, 2019 | 09:05 /

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən “İnternetdə olan imkanlar və təhlükələr” mövzusunda növbəti seminar keçirilib.

Budəfəki maarifləndirici tədbir Şamaxı rayonunun Məlikçobanlı kəndində yerləşən Gülağa Ağayev adına tam orta məktəbdə təşkil olunub.

Bu layihə kənd yerlərində yaşayan məktəblilərin internetdən səmərəli istifadəsinin təmin edilməsi, kibertəhlükəsizlik texnologiyaları sahəsində praktiki və nəzəri biliklərinin artırılması üçün nəzərdə tutulub.

Üç əsas istiqamətdə aparılan seminarda ilk növbədə məktəblilərə rabitə və internet haqqında ümumi məlumat verilib, tədris və fərdi inkişaf üçün internetin geniş imkanları, o cümlədən təhlükələri barədə danışılıb. Məktəblilərə müasir virtual şəbəkədə məsuliyyətli davranış qaydaları, zərərli kontentlərdən sığortalanmaq, şəxsi məlumatların təhlükəsizliyi və digər mövzular haqda ətraflı məlumat verilib.

Tədbirin sonunda seminar iştirakçılarının müvafiq mövzular üzrə sualları cavablandırılıb.

Seminar Beynəlxalq Müəllimlər Günü ərəfəsinə təsadüf etdiyinə görə təşkilatçılar tərəfindən məktəbin müəllimlərinə müxtəlif hədiyyələr də təqdim edilib.

Xatırladaq ki, iki ildən artıq bir müddətdir ki, müxtəlif regionlarda keçirilən bu maarifləndirici tədbirlərin digər bölgələrdə də davam etdirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı