Divar arxasında olan insanın şəxsiyyətini müəyyənləşdirmək üçün “Wi-Fi” siqnallarından istifadə edilib Oktyabr 03, 2019 | 02:02 / Texnoloji yeniliklər

Kaliforniya Universitetinin mühəndisləri “Wi-Fi” siqnalları vasitəsilə müxtəlif maneələr, o cümlədən divar arxasında olan insanın şəxsiyyətini identifikasiya etməyə imkan verən texnologiya hazırlayıblar. Tədqiqat universitetin saytında dərc edilib.

hightech.fm saytının məlumatına görə, “XModal-ID” adlı metod bir-birindən uzaqda yerləşən iki “Wi-Fi” siqnalı ötürücüsündən, eləcə də insanın hərəkətlərinin əks olunduğu videoyazılardan istifadəni nəzərdə tutur. Videoçarx vasitəsilə insanın üçölçülü modeli tərtib olunduqdan sonra bu məlumatlar ondan “Wi-Fi” siqnallarının əks edilməsinin modelləşdirilməsi üçün istifadə olunur.

Eksperiment zamanı metod 8 könüllünün üzərində sınaqdan keçirilib. “XModal-ID” sistemi ümumilikdə divar arxasında olan insanların 84 faizini düzgün müəyyənləşdirib. “XModal-ID” alqoritmlərinin kompüter təlimi əsasında işləməsinə görə gələcəkdə identifikasiya prosesinin tədricən artacağı gözlənilir.

Texnologiyanın köməyilə hüquq-mühafizə orqanları insanı hərəkətlərinə görə identifikasiya edə biləcəklər. Məsələn, sifəti gizlədilmiş insan müşahidə kameralarına düşdükdə polislər onun şəxsiyyətini məhz bu sistem vasitəsilə müəyyənləşdirəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı