İki ekranla təchiz edilmiş smartfon təqdim olunub Oktyabr 03, 2019 | 12:50 / Texnoloji yeniliklər

“Microsoft” korporasiyası qatlanan iki ekranla təchiz edilmiş “Surface Duo” adlı yeni smartfonunu nümayiş etdirib.

hitech.newsru.com saytının məlumatında bildirilir ki, açıq vəziyyətdə 8,3 düymlük planşetə çevrilən yeni qurğunun ekranının hər biri 5,6 düym diaqonallıdır. Smartfon mövcud formaya uyğunlaşan “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Tərəflərdən biri 360 dərəcə dönür ki, bu da istifadəçiyə müstəqil şəkildə rahat mövqe seçməyə imkan verir.

“Microsoft Surface Duo” modeli birkristallı “Snapdragon 855” sistemi ilə təchiz edilib. Qurğunun digər texniki xüsusiyyətləri barədə hələ ki, məlumat verilmir. Smartfonun 2020-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı