ABŞ-da yeni nəsil “GPS” sistemi yaradılıb Oktyabr 02, 2019 | 12:17 / Texnoloji yeniliklər

Dünyanın ən böyük hərbi sənaye korporasiyalarından olan “Raytheon” şirkəti 2021-ci ildə istifadəyə veriləcək yeni nəsil “GPS” peyk rabitəsi sisteminin hazırlanmasını başa çatdırıb.
 
360tv.ru saytının məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin beş podratçısı arasında yer alan “Raytheon” şirkəti aparıcı raket silahları və radiotexnika sistemləri istehsalçısıdır. Yeni “GPS” rabitə sisteminin sifarişçisi qismində ABŞ Hərbi Hava Qüvvələri çıxış edir. Onun hazırlanması üzərində işlərə 2016-cı ildə başlanılıb.

“GPS OCX” (Block 0) adlı kibertəhlükəsizliyi işəsalma və yoxlama sistemi 2018-2019-cu illərdə ilk modernləşdirilmiş “GPS III” peykinin kosmosa buraxılması üçün istifadə edilib.

Hazırkı “GPS” sistemi iki əsas seqmentdən ibarətdir: kosmik və yerüstü nəzarət. Kosmik seqmentə hazırda orbitdə olan bir neçə peyk daxildir, idarəetmə seqmenti isə izləmə və peyklərə görə cavabdeh yerüstü stansiyalardan ibarətdir.

“GPS OCX” sistemi işi yüksək dəqiqliklə təmin edəcək və ucqar ərazilərdə peyklərin əhatə dairəsini genişləndirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı