Streslə mübarizə aparmaq üçün başı olmayan robot-pişik hazırlanıb Oktyabr 01, 2019 | 12:05 / Texnoloji yeniliklər

Yaponiya şirkəti başsız robot-pişik hazırlayıb.

Əsas məqsədi streslə mübarizədə insanlara kömək etmək olan yeni qurğu Berlində keçirilən “IFA-2019” sərgisində təqdim olunub.

belta.by saytının məlumatına əsasən, başsız robot-pişik həqiqi heyvanlar kimi quyruğunu yellədə bilir. “Qoobo” adlandırılan qurğunun effektivliyini bir neçə psixoloji test ilə sübut ediblər.

“Pişik” insanlar tərəfindən sığallandığı zaman o tərpənməyə və quyruğunu yellətməyə başlayır. Qadcetin effektivliyi bir neçə könüllü tərəfindən qiymətləndirilib. Şirkətin mütəxəssisləri könüllülərin stress səviyyəsini müəyyən edərək onlara robot-pişiyi sığallamağa imkan veriblər. Daha sonra könüllülər arasında sorğu keçirilib.

Tədqiqat göstərib ki, “pişik” insanda apatiya, yorğunluq səviyyəsini azaltmaqla yanaşı, stressi aradan qaldırmağa və depressiya ilə mübarizə aparmağa kömək edir.

Qeyd edək ki, artıq 10 mindən çox robot-pişik satılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı