“Google” Niderlandda yeni datamərkəz tikəcək Sentyabr 25, 2014 | 09:50 / Texnoloji yeniliklər

Google” şirkəti Niderlandda yeni datamərkəzin tikintisinə təxminən 600 milyon dollar məbləğində investisiya qoymaq niyyətindədir. Layihə 4 il üçün nəzərdə tutulub. Datamərkəz şirkətin Avropadakı əməliyyatlarını əlaqələndirməlidir.

Qeyd edək ki, datamərkəz liman şəhəri olan İmşavenin yaxınlığında yerləşəcək. Məhz İmşavendə Avropa və Amerikanı birləşdirən transatlantik rabitə kanalı start götürür. Hazırda “Google”un sözügedən şəhər yaxınlığında bir datamərkəzi, həmçinin Belçika, Finlandiya və İrlandiyada datamərkəzləri vardır.

cybersecurity.ru saytının məlumatına görə, 2016-cı ildə start veriləcək yeni datamərkəzin tikintisinə 1000 nəfər cəlb ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı