Ağır yüklərin çatdırılması üçün dron hazırlanıb Sentyabr 27, 2019 | 11:06 / Maraqlı məlumatlar

Milli Texnologiya Təşəbbüsü (The National Technology Initiative) mərkəzi 80 kiloqrama qədər yükləri uzaq məsafələrə daşımağa qadir olan yeni nəsil pilotsuz təyyarələrin buraxılış tarixini elan edib. Dron hətta güclü külək zamanı ehtiyat etmədən uçuş sürətini artırmaq imkanına malik olacaq.

“Aerokso” şirkətinin mühəndisləri potensial sifarişçinin bütün tələblərinə uyğun olan dronun yaradılması üzrə konstruktor işlərinin tamamlanmasına hazır olduqlarını bildiriblər. Daha sonra “uçan ağır yük maşınının” yerüstü və uçuş sınaqları həyata keçiriləcək.

4pda.ru saytının məlumatına əsasən, pilotsuz təyyarənin istehsalçısı olan “Aerokso” şirkəti artıq yeniliyin kütləvi istehsalına 2022-ci ildə başlamaq niyyətindədir. “ERA-300” yüklü pilotsuz uçuş aparatı 80 kiloqram yükü daşımaq və saatda 180 kilometrə qədər sürətlə uçmaq imkanına malikdir. NTİ nümayəndələrinin sözlərinə görə, dron küləyə qarşı yüksək müqavimət göstərdiyinə görə çətin hava şəraitdə yükləri çatdıra bilir.

İstehsalçılar əmindirlər ki, yük dronları yüngül vertolyotları əvəz edəcək və yüklərin təxminən 60% -i uçuş aparatlarının payına düşən neft və qaz sektorunda tətbiqini tapacaq. Gələcəkdə poçt göndərişlərinin çatdırılması üçün pilotsuz təyyarələrdən istifadə edilməsi də planlaşdırılır.

“ERA-300” adi nəqliyyatın çətinliklə daxil olacağı ərazilərə - neft və ya dəniz qurğularına yükləri çatdıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı