“Internet Explorer” kompüterlər üçün boşluq mənbəyi olub Sentyabr 27, 2019 | 09:29 /

Məşhur “Internet Explorer” İnternet-brauzeri cinayətkarlara kompüterində bu brauzeri quraşdırmış istifadəçilərlə eyni hüquqlara sahib olmağa imkan verir.

“Microsoft” korporasiyası “Google”un “Threat Analysis Group”unun  kibertəhlükəsizlik üzrə eksperti Kleman Lesin tərəfindən “Internet Explorer”də tapılmış boşluğa reaksiya verib və rəsmi olaraq təsdiq edib ki, brauzer “Windows 7”, “Windows 8.1” və “Windows 10” əməliyyat sistemi istifadəçiləri üçün təhlükə yaradır.

popmech.ru saytının məlumatına görə, mövcud boşluq ssenari üzərində işləyənlər tərəfindən yaddaşın zədələnməsinə gətirib çıxarır və cinayətkara aktiv istifadəçi səviyyəsində sistemə giriş əldə etməyə imkan verir. Kompüterdən administrator hüquqlarına malik insan istifadə etdikdə haker proqramların quraşdırılması, məlumatlara baxış və onların silinməsinə, həmçinin yeni istifadəçilərin, o cümlədən administratorun hüquqlarına malik istifadəçilərin yaradılmasına dair sərbəst giriş əldə edə bilər.

Zərərverici proqram təminatının istifadəçi tərəfindən yüklənməsi ehtimalını azalda bilən məhdudlaşdırılmış rejimdə “Internet Explorer” Windows Server 2008, Windows Server 2008 R2, Windows Server 2012, Windows Server 2012 R2, Windows Server 2016 və Windows Server 2019-da işləyir. Bununla belə, onların istifadəçilərinin brauzerdən istifadə etməsi tövsiyə edilmir.

“Microsoft” şirkəti “Internet Explorer”dən “Microsoft Edge”ə keçid etməyi, “Google” isə, istənilən digər brauzerdən istifadə etməyi təklif edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı