Çinin sosial reytinq sistemi biznes sahəsini əhatə edəcək Sentyabr 26, 2019 | 10:18 / Maraqlı məlumatlar

İnsanlar üçün tətbiq olunan sosial reytinq sistemi artıq biznes sahəsində də tətbiq olunacaq. Bu reytinq sistemi 300 müxtəlif tələb əsasında hazırlanıb. Onların bir hissəsinin siyasi olacağı istisna edilmir.

Məlum olduğu kimi, Çində 2014-cü ildən vətəndaşlar üçün sosial reytinq sistemi tətbiq edilir. Yaxın gələcəkdə ona müxtəlif şirkətlər qoşulacaqlar. Hazırda sistemdə təxminən 400 min müxtəlif müəssisə mövcuddur. Tezliklə onun Çinlə yanaşı, digər ölkələrdəki bütün firmalarda tətbiqi planlaşdırılır. Ekspertlər ortaq müəssisələrin bunu öz xeyirlərinə istifadə edə biləcəklərini istisna etmirlər.

nanonewsnet.ru saytının məlumatına görə, biznes-reytinqlər sistemi şirkətləri təxminən 300 müxtəlif göstərici üzrə 10 müxtəlif sahədə ranqlaşdırır.

Avropa Ticarət Palatası üçün tədqiqatlar aparan “Sinolytics” analitik şirkətinin hesablamalarına görə, şirkətlər təxminən 1500 müxtəlif qanuna dair tələblərə və milli, regional və yerli səviyyələr üzrə təlimata riayət etməli olacaqlar. Digər tərəfdən 1,4 milyard potensial müştərisi olan Çin bazarına giriş əldə olunacaq.

Bununla yanaşı, Ticarət Palatasında bir sıra üstünlüklər də sadalanır: tələblər mürəkkəb olsa da, hamı üçün eyni olacaq. Bu sistem, həmçinin korrupsiya səviyyəsinin azaldılması imkanı yaradır.

Əsas narahatlıq onunla bağlıdır ki, reytinqin qanunlar toplularının bir hissəsi siyasi baxımdan əsaslandırılacaq. Vətəndaşlar Kommunist partiyasının rəsmi proqramında viktorinalar üçün bonuslar aldığı kimi, şirkətlər də qeyri-adi şərtlər qoya bilərlər. Bu zaman isə, reytinq daha bir təzyiq vasitəsinə çevrilə bilər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı