Çində məmurlara xarici smartfonlardan istifadə qadağan olunub Sentyabr 24, 2014 | 11:50 / Maraqlı məlumatlar

Çin mətbuatı Şanxay şəhərində yerli dövlət qulluqçularına xarici şirkətlərin istehsalı olan smartfonlardan istifadənin qadağan olunduğunu yazıb. Qadağa “Apple” və “Samsung” smartfonlarına da şamil edilib.

Bu barədə “cecb2b.com” saytı keçmiş ticarət naziri Tsyanqo Veyin Pekin Universiteti tərəfindən təşkil edilən konfransdakı çıxışına istinadən məlumat verib. O bildirib ki, təhlükəsizlik baxımından kadr qulluqçulara yalnız Çinin “Huawei” şirkətinin istehsalı olan smartfonlardan istifadəyə icazə verilir. ABŞ istehsalı olan smartfonlar, o cümlədən “Apple” məhsulları təhlükəsizlik üçün təhdid törədir. İyulda Çin mətbuatı “Apple” şirkətini “iOS 7” əməliyyat sisteminin istifadəçinin tez-tez getdiyi yerləri müəyyən edən funksiyasından izləmə üçün istifadə olunmasında təqsirləndirib. “Apple” nümayəndələri bu ittihamları rədd edib.   

“Jenmin Jibao” qəzeti xatırladıb ki, Çin "iPhone 6” və “iPhone 6 Plus” smartfonlarının satışına başlandığı ilk ölkələr qrupuna daxil deyil. Qəzet yazır ki, bu, “Apple”ı Çində etibardan salacaq. Hazırda yeni modellər satışa çıxarılmayıb, yerli istehsalçılar bazardakı boşluğu doldurmağa hazırdır.

mincom.gov.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı