20 saniyə ərzində dişləri tamamilə təmizləyən qeyri-adi fırça Sentyabr 24, 2019 | 04:00 / Texnoloji yeniliklər

“Encompass” adlı yeni fırça cəmi 20 saniyə ərzində dişləri tamamilə təmizləyə bilir. O, öz işini 10-30 saniyəyə yerinə yetirən “Amabrush” və “Chiiz” kimi sələflərindən bir qədər fərqlənir. Belə ki, bu model sərt tüklü, J-şəkilli başlıqlarla təchiz edilib və yumulu ağızda titrəməyə başlayır.

techcult.ru saytının məlumatına görə, diş məcunu tətbiq edildikdən sonra fırçanı çənənin bir hissəsi ilə dişləmək lazımdır. Bu zaman fırça dişlərin forma və ölçüsünə uyğunlaşır. Bundan sonra fırçanın mühərriki işə düşür, nəticədə başlığın daxilindəki hava qovuğu tez-tez şişib boşalır. Bu, onun üst və alt hissələrini saniyədə 100 hərəkət tezliklə yerini dəyişməyə və ağız boşluğunun bir tərəfindəki dişləri cəmi 10 saniyə ərzində diqqətlə təmizləməyə vadar edir. Bundan sonra həmin əməliyyatı digər tərəfdə təkrarlamaq lazımdır.

Qeyri-adi fırçanı elektrik diş fırçalarının istehsalı ilə məşğul olan “Sonicare” və “Clarasonic” şirkətlərinin keçmiş direktoru Cerald Bryuer layihələşdirib. Qurğunu “Indiegogo” platformasında 99 dollara əldə etmək olar. Onun pərakəndə satış qiyməti 189 dollar təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı