“Facebook” düşüncə gücü ilə kompüterin idarə edilməsi üzrə startapı satın alıb Sentyabr 25, 2019 | 12:05 / Maraqlı məlumatlar

“Facebook” şirkəti beyindən göndərilən impulsların köməyi ilə kompüterləri idarə etməyə imkan verən, proqram təminatının hazırlanması ilə məşğul olan “CTRL-Labs” startapını satın alıb.

iz.ru saytınının məlumatına əsasən, şirkətin hazırlamalarından biri beyin siqnallarını oxuyan qolbaqdır. Bu kimi qolbaq sahibləri klaviaturadan istifadə etmədən kompüterdə mətn çap edə biləcəklər. Bu zaman çapı təqlid etmək üçün barmaqları yalnız masa üzərinə vurmaq kifayət edir.

Məlumata görə, texnologiya gələcəkdə smartfonlara tətbiq edilə və virtual reallıq eynəyi ilə birgə istifadə edilə bilər. Texnologiyaın tətbiqi zamanı telefonla və ya qolbaqla birlikdə eynəkdən istifadə edərək kompüteri klaviatura və maus olmadan idarə etmək mümkün olacaq.

Qeyd edək ki, sentyabrın əvvəlində “Facebook” yeni tanışlıq xidmətinin istifadəsinə başlaması barədə məlumat verib. “Facebook Dating” adlanan tətbiq yalnız həddi-büluğa çatan istifadəçilər üçün əlçatandır. Xidmətdə qeydiyyatdan keçdikdən sonra müştərinin profilində göstərdiyi üstünlüklərə əsasən bir partnyor seçmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı