Ştrix-kod və skanerdən gitara hazırlanıb Sentyabr 24, 2019 | 10:04 / Maraqlı məlumatlar

Britaniyalı ixtiraçı Ceyms Bruton simlərin yerinə kodlaşdırılmış notlarla ştrix-kodlar yerləşdirilən gitara hazırlayıb. Bu kimi gitaranı yalnız skaner vasitəsilə istifadə etmək mümkündür.

MIDI-gitaranın əsasları 3D-printerdə çap edilmiş plastik detallar bərkidilən alüminium komponentlərdən hazırlanıb. Alət ştrix-kodlar yerləşdirilən dörd qrifona malikdir. Cihazda, həmçinin oktavalar arasından keçmək və istədiyiniz MIDI kanalını seçmək üçün rezonator dəliyi və xüsusi bir joystik var.

hightech.fm saytının məlumatına əsasən, ştrix-kodları skanerlə istifadə etmək mümkündür. Onlarda 0-dan 127-ə qədər ASCII simvolları kodlaşdırılıb. Bunun sayəsində kompüter onları notlara çevirir.

Aləti təsvir edən video “YouTube” sosial şəbəkəsində müəllifin kanalında yayımlanıb. İstehsalçı gələcəkdə onun ixtirasından hansı məqsədlə istifadə olunması barədə məlumat verməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı