“Google” dünyanın ən güclü kompüterini yaradıb Sentyabr 23, 2019 | 11:50 / Texnoloji yeniliklər

ABŞ-ın “Google” şirkəti hesablamaların sürətli aparılmasına görə ən güclü superkompüter hesab edilən “IBM” korporasiyasına məxsus “Summit” superkompüterini üstələyən dünyanın ən güclü kvant kompüterini yaradıb.

lenta.ru saytının məlumatında bildirilir ki, “IBM” qurğusu bir hesablamanın yerinə yetirilməsi üçün 10 min il tələb etdiyi halda “Google” kompüteri bunu 200 saniyə ərzində edib. Lakin “Google” kvant kompüteri hazırda yalnız bir texniki hesablama apara bilir. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğu praktiki tapşırıqların icrasına bir neçə ildən sonra hazır olacaq.

“Google” nümayəndələri kompüteri tammiqyaslı kvant hesablama prosesi yolunda mühüm dövr adlandırıblar. Onların proqnozuna görə, kvant kompüterlərinin gücünün artırılması “Mur” qanununda yer alan ədədi silsilə göstəricilərini dəfələrlə üstələyəcək.

Məlumata görə, 2017-ci ilin noyabrında “IBM” şirkətinin kvant kompüterlər bölməsinin rəhbəri Dari Qil bildirib ki, mütəxəssislər tərəfindən 50 kubit (kvant biti) gücündə işlək hesablayıcı maşının prototipi yaradılıb.

Qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.

Kvant kompüterin praktiki tətbiqi hələ ki, sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı