Avtomobildə yaranan nasazlıq zamanı dronlar köməyə çatacaq Sentyabr 23, 2019 | 11:33 / Maraqlı məlumatlar

Hazırda yollarda avtomobildə yaranan nasazlıq zamanı sürücü adətən təmir xidmətinə zəng edir və gözləyir. Daha sonra təxliyyə xidməti gələrək vəziyyəti qiymətləndirir, sonrakı mərhələləri qeyd edir. ABŞ-ın “360 Towing Solutions Houston” şirkəti bu tipik prosesi dəyişmək niyyətindədir. O, həmin sahəyə aid olan ərazilərdə avtomobillərdə yaranan nazasıqların yoxlanması üçün dronlardan istifadə etməyi planlaşdırır.

“Əvvəlcə təmirə ehtiyacı olan avtomobilin şəkli və videosunu çəkmək üçün hadisə yerinə dronlar göndəriləcək”, — deyə bildirən şirkət rəhbəri qeyd edib ki, dronlar çəkdikləri şəkil və videoları yol kənarında dayanan dispetçerə yönləndirəcək. Bununla da avtomobilin təmiri üçün lazım olan alətlər və təxliyyə xidməti müəyyənləşdiriləcək.

3dnews.ru saytının məlumatına əsasən, “360 Towing Solutions Houston” şirkəti pilot sisteminin əhətə dairəsini oktyabr ayında genişləndirməyi planlaşdırır. 

Şirkətin icraçı direktoru Riçard Millerin sözlərinə görə, artıq pilotsuz təyyarələr tədricən bütün sahələrdə istifadə olunmağa başlayırlar: “Buna görə avtomobillərin ənənəvi daşınması prinsiplərinin də dəyişilməsi zəruridir”.

Miller qeyd edib ki, hazırda məhdud şəkildə çatdırılma vasitələri kimi istifadə olunan dronlar şirkətə rəqiblərini qabaqlamağa imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı