Robot tunes sürətli sualtı qayıqların yaradılmasına kömək edəcək Sentyabr 22, 2019 | 07:24 / Texnoloji yeniliklər

Virciniya Universiteti Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri və Harvard Universitetinin bioloqlarından ibarət mütəxəssislər qrupu robot balıq yaradıblar.

Sarıüzgəc tunesin hərəkətlərini təqlid edə bilən “Tunabot” yeni sualtı vasitələrin hazırlanıb istifadəyə verilməsində mühüm amil ola bilər.

Xatırladaq ki, skumbrlar fəsiləsinə aid olan bəzi tunes fərdlərinin uzunluğu 3,5 metrə çatır. Dünyada qeydə alınan ən böyük kütləyə malik tunesin kütləsi 635 kq olub.

naukatv.ru saytı xəbər verir ki, robot balığın hazırlanmasında əsas məqsəd, sualtı aləmin sakinlərinin cəld və çevik hərəkətetmə qabiliyyətlərinin səbəbini araşdırmaq idi. Mühəndislər əmindirlər ki, balıqların hərəkət mexanikasını tədqiq etmək yüksəksürətli hərəkət mexanizminə malik olan sualtı qurğuların hazırlanmasında mühüm rol oynayacaq.

25 sm. uzunluğa malik olan “Tunabot”un gözləri və quyruğu olmasa da, özünün hərəkət sürətini ölçmək üçün yaşıl lazerdən istifadə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı