Azərbaycan məhsulları “SMART SME MENA 2019” sərgisində təqdim olunur Sentyabr 19, 2019 | 11:00 / Mühüm hadisələr

Sentyabrın 18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində öz işinə başlayan “SMART SME MENA 2019” sərgisində ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi təmsil edir. 

Sərgidə kiçik və orta müəssisələr sektorunda texnologiya, təhsil, daşınmaz əmlak, səhiyyə, maliyyə, sığorta və digər sahələr üzrə fəaliyyət göstərən peşəkarlar bir araya toplanıb.

Məlumat Hesablama Mərkəzi burada Mobil Cihazların Qeydiyyat Sistemi, Nömrə satışı sistemi, Nömrə daşıma və Çağrı mərkəzi xidməti ilə iştirak edir.

Sözügedən sərgidə əsas məqsəd texnoloji bilik və resursları bölüşməklə əldə edilən qlobal rəqabət qabiliyyəti sayəsində yenilikləri təşviq etmək və məhsuldarlığı artırmaqdır.

Bu strateji platforma beynəlxalq şirkətlərin Şimali Afrika və Orta Şərq regionu daxilində fəaliyyətinin genişlənməsinə imkan yaradaraq, onlara öz məhsullarını və xidmətlərini yerli kiçik və orta müəssisələrə təqdim etmək imkanı verir.

Qeyd edək ki, 2 gün davam edəcək sərgidə 73 şirkət iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı