Robot ayaqqabı insult keçirən xəstələrin yerimək qabiliyyətini bərpa edəcək Sentyabr 19, 2019 | 10:01 / Texnoloji yeniliklər

Cənubi Florida Universitetinin mühəndisləri insult keçirən insanlara təkrar gəzmək və tarazlığı saxlamaqda kömək edəcək robot ayaqqabını təqdim ediblər.

Beyində qan dövranının kəskin pozulması nəticəsində əmələ gələn insult əzələlərin çox zəifləməsinə, hətta bədənin birtərfəli iflicinə səbəb olur. Bu da xəstəlikdən əziyyət çəkən insanların  yerimək qabiliyyətini itirməsi ilə nəticələnir.

hightech.fm saytının verdiyi məlumata görə, sağlam ayağa geyilən robot çəkmə pasiyentin atdığı addımları daha da genişləndirərək bədən tarazlığını saxlamağa kömək edəcək.

Mütəxəssislər əmindirlər ki, bu çəkmənin köməyi ilə reabilitasiya keçən şəxs bir müddətdən sonra yerimək qabiliyyətini tamamilə bərpa edə biləcək.

Sınaqları uğurla keçən robot ayaqqabının bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. 

Xatırladaq ki, bir müddət öncə, Massaçusets Texnologiya İnstitutunun mühəndisləri beyinin qan damarlarına nüfuz edərək insulta və anevrizmaya səbəb ola biləcək qan laxtalarını təmizləməyi bacaran robot yaradıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı