Yeni alqoritm dəri xəstəliklərinə diaqnoz qoyacaq Sentyabr 18, 2019 | 02:06 / Texnoloji yeniliklər

“Google” korporasiyasının səhiyyə sahəsində mövcud texnoloji problemlərin həlli ilə məşğul olan bölməsi “Google Health”in tədqiqatçıları 93 faiz dəqiqliklə akne, psoriaz və melanoma daxil olmaqla, 26 dəri xəstəliyinə diaqnoz qoya bilən alqoritm yaradıblar. Bunun üçün sistem pasiyent və onun şikayətləri haqqında informasiyanı və bədənin zədələnmiş hissəsinin şəkillərini təhlil edərək, mümkün diaqnozları sıralayır.

nanonewsnet.ru saytının məlumatına əsasən, alqoritm həkimlərə pasiyentdə yaranmış dermatoloji pozuntuları müəyyən etməyə və onu sonrakı müalicə üçün mütəxəssislərə yönəltməyə kömək edəcək. Dermatoloqlar tərəfindən istifadə oluna bilən mövcud alqoritmlərin əksəriyyəti melanoma və dəri xərçənginin başqa növlərinin diaqnostikasına yönəldilib. Artıq bu sistemlər kifayət qədər yüksək dəqiqliklə işləyir. Onlar digər dəri xəstəliklərinin (məsələn, dermatit və ya saçın tökülməsi) diaqnostikasında çox faydalı ola bilərlər. Məsələn, ABŞ-da tibb müəssisələrinin bütün ziyarətçilərinin təxminən 37 faizindən dəri problemləri ilə bağlı şikayətlər daxil olsa da, onlar həmişə lazımi mütəxəssis-dermatoloqa yönəldilmirlər.

Sistemdə foto üzrə tanımanı “Inception-v4” açıq arxitekturu həyata keçirir, informasiya isə metaməlumatlardan klassifikatorun köməyilə seçilir və sonra əlamətlərin transformasiyası vasitəsilə təsvirlərlə müqayisə edilir.

Sonda alqoritm ehtimal edilən diaqnozu deyil, 26 mümkün xəstəlikdən 3 ən çox uyğun gələni göstərir. Alimlər qeyd edirlər ki, təqdim olunmuş alqoritm yalnız ilkin diaqnoz qoymağa kömək etmir. Onun işinin spesifikası həkimlərə başqa ehtimal edilən xəstəlikləri də gözdən keçirməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı