İnsan damarlarının şəklinə görə distant tanınma sistemi hazırlanıb Sentyabr 18, 2019 | 11:36 / Texnoloji yeniliklər

Çin tədqiqatçıları damarların unikal şəklinə görə insanların məsafədən tanınması texnologiyasını hazırlayıblar. Onlar hesab edirlər ki, yeni texnologiya gələcəkdə QR kod və sifətə görə eyniləşdirməni əvəz edə biləcək.

nauka.tass.ru saytının məlumatına əsasən, “AirWave” adlandırılan texnologiya süni intellektə əsaslanır. O, böyük vena damarları və kapilyarların yerləşməsini ayırd etməyə imkan verir. İdentifikasiya üçün istifadəçinin yalnız əlini yelləməsi kifayətdir.

“Melux” şirkətinin banisi Se Sinlu bildirib: “Dərinin altında yerləşən damar və kapilyarlar meqapolisdə yerləşən yol sistemi kimi unikal və mürəkkəbdir”.

İstehsalçının sözlərinə görə, onların texnologiyası Çinin cənubunda yerləşən Quandun əyalətindəki bəzi kafe və hökumət idarələrinin ayrı-ayrı ictimai zonalarında tətbiq olunur. Hazırda şirkət “AirWave” texnologiyasının metroda tətbiqi üçün Quancjou metropoliteninin operatoru ilə danışıqlar aparır.

Şirkət direktoru qeyd edib ki, bu kimi texnologiyalar gələcəkdə nağd ödənişlər, bank kartları və QR-kodları əvəz edərək maliyyə, ictimai nəqliyyat və ictimai təhlükəsizlik kimi sahələrdə geniş tətbiq ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı