Neyron, süni əzələ və işıq siqnalların köməyi ilə hərəkət edən biorobot hazırlanıb Sentyabr 18, 2019 | 10:06 / Maraqlı məlumatlar

ABŞ-ın İllinois ştatının Çikaqo şəhərində yerləşən İllinois Universitetinin mühəndisləri motorlu neyronlar, süni əzələ və işıqla hərəkətə gətirilən miniatür hibrid biorobotunu hazırlayıblar.

Robot süni əzələ toxuması və işığa həssas motorlu neyronların artırıldığı yumşaq karkasdan ibarətdir. İşığın təsiri altında neyronlar əzələlərə siqnal verərək robotu irəliyə doğru hərəkət etməyə məcbur edir.

hightech.fm saytının məlumatına əsasən, cihaz tamamilə avtonomdur və xarici enerji mənbələrindən asılı deyil. 

Yeni robot yalnız əzələlərin yığılmasına səbəb olan neyron impulsların sayəsində hərəkət edir. Onları biomühəndislik və tibb texnologiyalarında tətbiq etmək mümkün olacaq.

Qeyd edək ki, daha əvvəl Londonun İmperiya kollecinin mühəndisləri kiçik nasosun köməyi ilə uçan balıq kimi hərəkət etməyi bacaran robot hazırlayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı