Ən qəribə qulaqlıq təqdim olunub Sentyabr 17, 2019 | 04:41 / Texnoloji yeniliklər

ABŞ-ın “Human Inc.” şirkəti “Human Headphones” adlı qeyri-adi qulaqlıqlarını satışa çıxarır. Başa bərkidilməyən, sadəcə qulaqlara taxılan qurğu smartfonun müxtəlif funksiyalarını yerinə yetirən yeni platformadır.

Qulaqlıq istifadəçisinin qulağında çəkisinin az olması (46 qram) və xüsusi sıxma lövhə sayəsində dayanır. İstehsalçılar istənilən formalı qulaqlara uyğun konstruksiyanın hazırlanmasına çox vaxt sərf etdiklərini bildiriblər. Qurğu yığcam korpusa malik olsa da, smartfona qoşulmadan səsin rəqəmsal emalını həyata keçirə bilmək üçün kifayət qədər gücə malikdir.

techcult.ru saytının məlumatına əsasən, 11 dil üçün lüğətlə inteqrasiya edilmiş tərcüməçiyə malik olan qulaqlıqlar şəxsi və qrup ünsiyyəti üçün, hərəkətdə olarkən işləyir. Hər bir qulaqlığın xarici tərəfində sensor vardır. Qulaqlıqlar öz aralarında “Bluetooth”la əlaqə saxlayır.

Qurğu 30 metrədək məsafədə işləyən simsiz rabitə moduluna malikdir. Qulaqlıqları qarnitur kimi smartfona qoşmaq olar. İlk alıcılar üçün qurğunun qiyməti 259 dollardır. Lakin daha sonra onun dəyəri 399 dollar təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı